GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim məmurları son etirazlardan sonra Güney Azərbaycanın Ərdəbil şəhərində yaxaladığı azərbaycanlı milli-mədəni fəal Meysəm Colanini rejimin Ərdəbildə yerləşən həbsxanasına salıb.
Qeyd edək ki, son etirazlardan sonra rejimin məmurları hücum edərək azərbaycanlı fəalı Ərdəbildə öz ata evində yaxalamışlar.
Hazırda azərbaycanlı fəalın rejimin Ərdəbildə yerləşən həbsxanasına köçürüldüyü bildirilir.