Şənbə , Aprel 20 2024
azfa

Rejimin Təbrizdəki prokuroru Abbas Lisaninin Ərdəbilə köçürüldüyünü deyib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən 2019-cu il yanvar ayının 20-də rejimin Təbriz şəhərindəki prokuroru Musa Xəlilullahi bildirib ki, 6 gün öncə yaxalanan azərbaycanlı milli-mədəni fəal Abbas Lisani rejimin Ərdəbildə yerləşən İTTELAAT İdarəsinə köçürülüb.

Xəlilullahi Abbas bəyin ailəsi və azərbaycanlı fəalların məhkəməyə davamlı müraciətindən sonra bu məlumatı verib və bildirib ki, Abbas Lisani Ərdəbilə köçürülüb və əlavə heç bir məlumat verə bilmərəm.

Abbas bəyin ailə üzvləri və azərbaycanlı fəallar Təbatəbai adına Məhkəmə Kompleksindən çıxarkən isə rejimin İTTELAAT qüvvələrinin məmurları onların şəklini və videosunu çəkib.

Bu qanunsuz hərəkətlər isə azərbaycanlı fəalların etirazı ilə qarşılaşıb.

Abbas Lisaninin ailəsi həmçinin tanınmış fəalın mühakiməsinin nəticəsi ilə maraqlanıblar. Lakin hakim qərarı yalnız vəkilə və ya fəalın özünə açqlayacağını bildirib.

Qeyd edək ki, 2018-ci il yanvarın 5-də Ərdəbildə evindən iş yerinə gedərkən yaxalanan və rejimin Təbrizdə yerləşən zindanına salınan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 10 aylıq həbs cəzasının icrası dayandırılmışdı.

Fəal məhkəmə prosesi, hökmün məzmunu və onun elan olunması tərzinə etiraz edib. Həbsxana məmurları bundan sonra onu yanvarın 6-da rejimin Təbrizdə yerləşən zindanının karantin bölümündən rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə aparıblar. Hakim fəalın yazılı etirazına baxdıqdan sonra həbs hökmünün icrasını dayandırmışdı.

Hakim Əhrabi fəalın müvəqqəti azadlığa buraxılması üçün 1 milyard riallıq mülki vəsiqə qərarı çıxarıb və yanvarın 15-də çıxarılan qiyabi həbs cəzasına yenidən baxılsın.

Cənab Lisani yazılı etirazında məhkəməyə SMS vasitəsi ilə çağırıldığına, həmçinin qiyabi hökmün SMS vasitəsi ilə elan olunduğuna etiraz edib. Bildirilib ki, çağırış və elan SMS-ləri məhkəmə tərəfindən göndərilməli olan rəsmi vərəqələr barəsində xəbər verməkdən ibarət olub.

Sözü gedən vərəqələrin “Möhsün Bərzgər” adlı bir şəxs tərəfindən təhvil verildiyi qeyd olunub. Həmin şəxsin kimliyi və bu dosye ilə əlaqəsi hələlik aydınlaşmayıb.

Tanınmış azərbaycanlı fəal 2018-ci il iyulun 1-də Babək Qalası Qurultayı ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılmışdır.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın