GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələri oktyabrın 13-də Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvinin ata evinə gələrək onu yaxalayıblar.
Rejimin məmurları azərbaycanlı fəalın evə məhkəmə hökmü ilə daxil olublar. Fəalın yaxınları hadisəni onun həbs hökmünün icrası ilə bağlı olduğunu ehtimal edirlər.
Qeyd edək ki, rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi fəal haqda rejimin Ərdəbildə yerləşən 2 nömrəli Cinayət Məhkəməsinin çıxardığı 3 aylıq həbs qərarını qüvvədə saxlamışdır.
Rejim azərbaycanlı fəalı şərləyərək, dövlət avtomobilinə vurulan ziyanın ödənilməsi, məhkəmə prosesi ilə əlaqədar önədiləcək məbləğ və ödənilməsi təxirə düşən ziyanın tələbi ilə bağlı ittihamlara görə fəalı mühakimə etmiş və təxminən 460 min tümən nağd cərimə ödəməyə məhkum etmişdir.
Azərbaycanlı fəal Müctəba Pərvin həmin işlə bağlı 2018-ci il oktyabrın 9-da öz atası evində yaxalanmışdır. O şərlənərək qanunsuz toplaşma ittihamı qarşılaşmış və mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.