Bazar ertəsi , May 6 2024
azfa

Rum icması Kıbrıs Türk tərəfinin bərabər hüquqlarını təhvil verməlidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kıbrıs (Kipr) Rum tərəfinin Kıbrıs Türkünün siyasi bərabərliyini və Adanın təbii qaynaqları üzərindəki bərabərhüquqlarını yubanmadan təhvil verməsinin vacibliyini bildirib.

Ərdoğan Kıbrıs Sülh Hərəkatının 46-ci ildönümü münasibətilə paylaşdığı mesajında “Adada ədalətli və daimi sülhün yaranması ancaq Kıbrıs Türkünün bərabər statusunun qəbul edilməsi ilə mümkündür” deyib.

Ərdoğan mesajında hərəkatın 46-cı ildönümünü səmimi-qəlbdən təbrik etdiyini bildirərək “Sülh hərəkatı tarixdən silinmək istənən bir xalqın yenidən dirçəlişinin adıdır. Bu hərəkat Kıbrıs Türklərinin təməl haqlarının pozulduğu, azadlıqlarının təhdid edildiyi, mövcudluğu və davamlılığına qəsd edildiyində nələri edə biləcəyini göstərdi. 50 ildən çoxdur davam edən bərabərlik uğrunda mübarizə aparan Kıbrıs Türkünün səbr və dözümlülüyünün dünyada başqa nümunəsi yoxdur. Kıbrıs Türk xalqı hər cür təzyiqə və təhdidlərə baxmayaraq mübarizə apardı və hüquq və azadlıqlarına yiyə durdu” ifadəsini işlədib.

Türkiyənin 46 il əvvəl olduğu kimi hazırda da  Kıbrıs Türklərinin qətiyyətli mübarizəsində yanında olduğunu xatırladan Ərdoğan deyib:

“Adada ədalətli və daimi həlli yalnız Kıbrıs Türkünün bərabər statusunun qəbul edilməsilə mümkündür. Kıbrıs Rum tərəfi Kıbrıs Türkünün siyasi bərabərliyini və adanın təbii sərvətləri üzərində bərabər hüquqlarını təxirə salmadan təhvil verməlidir. Türkiyə ilə Kıbrıs hər zaman sülh və razılaşmadan tərəf mövqeyini ortaya qoymuşdur. Ancaq bu vəziyyət Kıbrıs Türk xalqının haqlarından nəyin bahasına olursa olsun fədakarlıq ediləcəyi mənası daşımır. Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Kıbrıs Türk xalqının haqq və hüqununun qorunması üçün istənilən cəhdi göstərəcəkdir. Bu münasibətlə əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirəm, qazilərimizə də minnədarlığımı bildirirəm və təşəkkür edirəm. Şimali Kıbrıs Türk Cümhuriyyətindəki qardaşlarımızın firavanlığı, rifahı və xoşbəxtliyi üçün ən xoş arzularımı çatdırıram. 20 İyul Sülh və Azadlıq Bayramınız mübarək olsun”.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın