Şənbə , Aprel 18 2026
azfa

Rusiya fizik alimi “Bayraqdar”ın zəif yerini tapdığını iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Moskva Radiotexnika İnstitutunun direktor müavini İqor Yesakov iddia edib ki, “Bayraqdar” zərbə PUA-sı mikrodalğalı silahlardan qorunmur və onu başqa silahlardan istifadə etmədən də vurmaq olar.

Ukrayna ordusunun Donbasda bu silahdan istifadə ilə üstünlüyü ələ alacağı barədə danışan fizik bildirib ki, mikrodalğalı top elektroniki yandırmaq imkanına malikdir:

“Bayraqdar”ın maksimal hücum məsafəsi 8 km təşkil edir. Bu isə uzaqmənzilli mikrodalğalı topun radiusuna düşür. Digər tərəfdən, bu, PUA-nı məhv etmək üçün ən ucuz vasitədir. “Bayraqdar”ı adi raket sistemi ilə də vurmaq olar, ancaq bu çatışmazlığı türklər aradan qaldıra bilərlər. Mikrodalğalı silahdan isə “Bayraqdar”ı qorumaq mümkün deyil”.

Qeyd edək ki, “Bayraqdar” PUA-sının döyüş imkanları və qarşısıalınmazlığı bir çox dünya mərkəzi tərəfindən öyrənilir və ondan qorunmaq üçün müxtəlif ehtimallar səsləndirilir. Rusiyalı fizikin də bu fikirləri praktik deyil, ehtimallar üzərində qurulmuş fərziyyədir.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …