Çərşənbə axşamı , Noyabr 24 2026
azfa

Rusiya Krım türklərini “Çin üsulu” ilə məhv edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Krım tatarlarına qarşı sistemli şəkildə təzyiqi artıran Rusiya buranı “qorxu yarımadası”na çevirir.

Bu yolda Rusiyanın Çinin Şərqi Türküstandakı təcrübəsindən yararlanacağı bildirilir. Bunun üçün Rusiya tərəfi Krımda Hizbut Təhrir təşkilatı tərəfdarları üçün reabilitasiya mərkəzləri açmağı planlaşdırır.

Rusiya Dumasının deputatı Ruslan Balbek bildirib ki, sözügedən mərkəz Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində, Əmirəli Ablayevin rəhbərliyi altında Krım və Sevastopol Müsəlmanları Dini İdarəsinin nəzdində açılacaq.

Qeyd edək ki, Çin hökuməti sözügedən üsulla uyğur türklərinə qarşı təzyiq göstərir. Onları daim nəzarət altında saxlayır.

 

Həmçinin yoxlayın

İraq İranla qeyri-rəsmi sərhəd-keçid məntəqələrini bağlayır

GADTB: İraq hökuməti Kürdüstan Regional Administrasiyasının ərazisindəki marşrutlar da daxil olmaqla, bütün qeyri-rəsmi sərhəd-keçid məntəqələrinin …

Azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlləfi girov müqabilində Təbriz həbsxanasından azad ediliblər

GADTB: Dünən, bazar ertəsi günü Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan iki vəkil – Rza …

Bir cavab yazın