Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazilərinin adını təhrif etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən gün Ermənistan Qarabağda atəşkəs rejimini bir dəfə pozub. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ zonasındakı sülhməramlı kontingentinin fəaliyyəti haqqında 17 aprel 2022-ci il tarixinə məlumat bülletenində bildirilib.

Rusiya Müdafiə Nazirliyinin saytında yayımlanan bülletendə Azərbaycan rayonlarının adı təhrif olunmuş formada göstərilib.

Belə ki, Xocavənd, Ağdərə və Əsgəran inzibati ərazi vahidləri erməni dilində – müvafiq olaraq, “Martuni rayonu”, “Mardakert rayonu” və “Əsgəran rayonu” kimi qeyd edilib.

Bundan əlavə bülletendə iki müxtəlif yerdə “Dağlıq Qarabağ” ifadəsi işlədilib.

 Azərbaycan ərazisində Xocavənd rayonu mövcuddur. Həmçinin  Ağdərə Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər (keçmiş Ağdərə rayonunun mərkəzi), Əsgəran isə Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbədir.

 12 aprel tarixi üçün dərc edilən məlumat bülletenində Xocalı rayonunun Fərrux kəndi də erməni dilində – “Furux” şəklində təqdim edilib.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …