Çərşənbə axşamı , Aprel 23 2024
azfa

PKK terror təşkilatının Münbicə aparmaq istədiyi silah-sursat ələ keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terror təşkilatı PKK-nın Suriyadakı qolu olan PYD/YPG-nin Suriyanın şimalında hücumlarda istifadə etmək üçün Münbicə aparmağa cəhd etdiyi çoxlu miqdarda silah-sursatı ələ keçirilib.

Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasında terrorla mübarizə çərçivəsində Azezdə həyata keçirilən əməliyyatda tank əleyhinə 2 “TOW” mərmisi, 24 ədəd “Kalaşnikov” piyada tüfəngi, bir snayper tüfəngi, 2 “Doçka” silah lüləsi və 200 tətik kapsulunun ələ keçirildiyi ifadə edilərək, “TOW” raketlərinin Suriyanın şimalını terrordan təmizləmək məqsədilə bölgədə əməliyyat həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə qarşı tez-tez istifadə edildiyi xatırladılıb.

Əməliyyatda iki suriyalı şəxsin yaxalandığı və şübhəlilərin ilk ifadələrində “materialları PKK/PYD /YPG bölücü terror təşkilatına çatdırmaq istəyərkən tutulduqlarını” bəyan etdikləri bildirilib.

Daxili işlər naziri Süleyman Soylu da əməliyyatla əlaqəli sosial media hesabında paylaşım edərək əməliyyatı həyata keçirən təhlükəsizlik qüvvələrini təbrik edib.

Həmçinin yoxlayın

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində …