Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Rza Abbasi Zəncanda rejimin İnqilab Prokurorluğuna çağırıldıqdan sonra həbs edilib

GADTB: Zəncan Universitetinin İslam Birliyinin keçmiş üzvü və sabiq tələbə fəalı Rza Abbasi bu şəhərin İnqilab Prokurorluğuna çağırıldıqdan sonra saxlanılaraq Zəncan Mərkəzi Həbsxanasına köçürülüb.

Məlumata görə, bu azərbaycanlı fəalın həbsi onun dey ayı etirazlarında həyatını itirənlər və təhlükəsizlik qüvvələrinin onların ailələri ilə rəftarı barədə apardığı məlumatlandırma fəaliyyəti ilə əlaqəlidir. Bildirilir ki, Rza Abbasi bundan əvvəl də İnstaqram səhifəsində paylaşdığı materiallara görə polis orqanları tərəfindən çağırılaraq sorğu-sual edilib.

Rza Abbasi 1404-cü il bəhmən ayının 26-sı, bazar günü saxlanılıb və İnqilab Prokurorluğunda ifadə verdikdən sonra Zəncan Mərkəzi Həbsxanasına göndərilib. Qeyd olunur ki, o, daha əvvəl də 1385 və 1388-ci illərdə həbs edilib və bir il siyasi məhbus kimi həbsdə qalıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …