Cümə , Dekabr 27 2024
azfa

Şəbüstərdən olan bir qrup azərbaycanlı fəal Mürtəza Nurməhəmmədi Nadarlı ilə görüş keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şəbüstərdən olan bir qrup azərbaycanlı fəal yenicə zaminə buraxılan azərbaycanlı fəal Mürtəza Nurməhəmmədi Nadarlı ilə görüş keçiriblər.

Rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkatının fəalları Mürtəza Nurməhəmmədi Nadarlı, Mehrdad Qədri və Həmid Yeganəpur noyabrın 28-də hər biri 500 milyon tümənlik girov ödədikdən sonra azadlığa buraxılıblar.

Qeyd edək ki, azərbaycanlı fəal  Mürtəza Nurməhəmmədi Nadarlının həbsindən sonra rejimin məmurları onunla birlikdə həmin şəxsi evinə gediblər və evdə axtarış aparıldıqdan sonra cənab Nurməhəmmədinin şəxsi əşyaları, o cümlədən kitablarını götürüblər.

Cənab Nurməhəmmədi bundan əvvəl oğluna “Hunay” adının türk olduğu üçün İranın  Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsindən doğum haqqında şəhadətnamə ala bilmədiyi haqda məlumat yaymışdı.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …