Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Səhhəti pisləşdiyi üçün azərbaycanlı siyasi məhbus Abbas Lisani xəstəxanaya aparılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə rejimin zindanının 7-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisaninin səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılıb.

Azərbaycanlı siyasi məhbus bel diski ağrılarının çoxaldığı üçün yanvarın 2-i axşam saatlarında Ərdəbilin “İmam Əli” xəstəxanasına aparılıb.

Abbas Lisanini müayinə edən həkimlər onun sağlıq durumunun ağır olduğu və yenidən əməliyyata ehtiyac olduğunu bildiriblər.

Həkimlər bildiriblər ki, cərrahiyyə əməliyyatı gecikdirilsə zədələr bədxassəli şişin meydana gəlməsinə səbəb ola bilər. Ona görə də, həkimlər Ərdəbil zindanının rəhbərliyinə məktub yazaraq Abbas Ləsaninin əməliyyat olunmasının zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, keçən  azərbaycanlı siyasi məhbus Abbas Lisani əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və rejimin Ərdəbildəki prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilərək avqustun 27-i günorta saatlarında zindana salınmışdı.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …