Bazar ertəsi , Noyabr 30 2026
azfa

Şəkidə İpək Yolu XII Beynəlxalq Musiqi Festivalı başlayır

GADTB: İyulun 3-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başlayır

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq musiqi festivalında bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.

Şəkidə festivala hazırlıq işləri artıq başa çatıb, tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.

İyulun 3-də axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda “İntizar” operası nümayiş olunacaq.

Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi ilə əlaqədar festival günlərində Ümummilli Liderin xatirəsinə ithaf olaraq Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və “Zəfər” muğam qrupunun iştirakı ilə konsert proqramları təqdim ediləcək.

Festival çərçivəsində növbəti günlərdə Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş kollektivlər maraqlı konsert proqramları ilə çıxış edəcəklər.

  Beynəlxalq Musiqi Festivalına iyulun 7-də yekun vurulacaq.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …