GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Şərqi Azərbaycan əyaləti ilə Tatarıstan arasında əlaqələr genişlənir.
“İRNA”nın verdiyi məlumata görə, Şərqi Azərbaycan əyalətinin başçısı Abedin Xürrəm Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov ilə görüşdə iki region arasında ikitərəfli əlaqələrin inkişafı üçün yol xəritəsinin hazırlanmalı olduğunu deyib:
“Tatarıstan və Şərqi Azərbaycan arasında tarixi, dini və mədəni cəhətlər və müxtəlif sahələrdə əlaqələrin artırılması üçün qarşılıqlı marağın olması bu sahədə ikiqat səylər tələb edir”.