GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Savalan dağı YUNESKO-da qeydiyyata alınacaq. Ərdəbil vilayətinin Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin baş direktoru “Savalan dağı”nı YUNESKO-nun dünya irsi siyahısına daxil etdirmək məqsədilə işçi qrupu təşkil edildiyini bildirib.
Nadir Fəllahi işçi qruplarının Ərdəbil Vilayəti Mədəni İrs İdarəsində təşkil olunduğunu deyib.
Fəllahi deyib: “Savalan dağı mədəni və təbii əsər kimi illər öncə ölkənin milli əsərlər siyahısına daxil edilib. Savalan dağı əyalət üzrə Şeyx Səfiyyəddin Ərdəbili Türbəsindən sonra Ümumdünya İrsi Siyahısına düşəcək potensiala malik olan ikinci əsərdir”.
Nadir deyib ki, Savalan dağının qeydə alınması ilə bağlı hazırlanacaq geniş dosyedə təbii əsərə antropoloqlar, arxeoloqlar və digər aspektlər diqqət yetirəcək, işçi qruplar da müxtəlif sahələr üzrə təşkil olunub.