Şənbə , Sentyabr 19 2026
azfa

Savalan zirvəsində Urmiya gölü üçün hayqırış: “Adım dəniz, özüm susuz”

GADTB: Güney Azərbaycanın müxtəlif bölgələrindən bir qrup dağçı və azərbaycanlı milli hərəkat fəalı 4811 metr hündürlüyü olan Savalan zirvəsinə qalxaraq Urmiya gölünün vəziyyətinə diqqət çəkib və gölün qəsdən qurudulmasına qarşı etirazlarını ifadə ediblər.

Aksiyada iştirak edənlər “Adım dəniz, özüm susuz” şüarı yazılmış pankartlar qaldıraraq, İran rəsmilərinin gölün bərpası istiqamətində ciddi və təsirli addım atmamasını tənqid ediblər.

Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından Abbas Lisani “Telegram” kanalında paylaşım edərək bildirib ki, bu aksiya Ərdəbil şəhərindəki azərbaycanlı milli fəalların təşəbbüsü ilə həyata keçirilib və onun məqsədi həm cəmiyyətin, həm də beynəlxalq ictimaiyyətin diqqətini Urmiya gölündəki faciəvi ekoloji böhrana yönəltməkdir.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …