GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir qrup Güney Azərbaycan alpinisti Savalan zirvəsinə qalxaraq simvolik olaraq Urmiya gölünün qurudulmasına etiraz ediblər. Onlar bu məqsədlə üzərinə şüar yazılmış böyük bir parçanı nümayiş etdiriblər.
Qeyd edək ki, molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.
Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.