Çərşənbə , İyun 10 2026
azfa

Sayın Mikayil bəy Oyta 31 Mart- azərbaycanlıların soyqırımı günü ilə bağlı Avstraliya xarici işlər naziri Penny Vonga müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta 31 Mart- azərbaycanlıların soyqırımı günü ilə bağlı ilə bağlı Avtralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edərək, bu dəhşətli soyqırım barədə məlumat vermişdi.

Sayın Mikayil bəy Avstraliyalı nazirə 1813 və 1828-ci ildə Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə parçalanmasından sonra ermənilərin Azərbaycanın bəzi ərazilərinə köçürülməsi və Rusiyanın himayəsi ilə müxtəlif zamanlarda, xüsusilə 1918-ci ildə azərbaycanlılara qarşı dəhşətli soyqırım törətmələri, ermənilərin İrəvan və hazırkı Ermənistanın başqa yerlərinə də sonradan ruslar vasitəsilə köçürülməsi, əslində həmin ərazilərin Azərbaycan əraziləri olması və s. məsələlkər barədə məlumat vermişdir.

Məktubda Azərbaycan dövlətinin ermənilərin azərbaycanlılara və bəşəriyyətə qarşı törətdiyi soyqırım və cinayətlərin ifşası istiqamətində apardığı işlər də öz əksini tapıb.

Məktubun tam mətnini ingiliscə təqdim edirik:

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …