GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 30-da Avstraliyanın Sidney şəhərində Ali ve Nino filmi ilə bağlı tədbir keçirilib. Tədbir Heydər Əliyev Fondu və Azərbaycan Səfirliyinin dəstəyi, eləcə də Avstraliyada fəaliyyət göstərən Azərbaycan Assosiyasılarının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Qadın və İnsan Haqları departamentinin sədri Sara xanım Azərsun, eləcə də Avstraliya Azərbaycan Assosiasiyasının bir sıra üzvləri, həmçinin Tataristan İcması azərbaycanlılar ve Türkiyənin Baş Konsulu sayın Ali Sevim, kesmiş Avstraliya Federal İşçi Partiyasından millət vəkili Laty Fergosun və s. qonaqlar iştirak etmişlər.
Tədbirdən şəkilləri təqdim edirik: