Cümə axşamı , Aprel 30 2026
azfa

Sayın Mikayil Oyta və Sara xanım Azərsun sayın Mövlud Çavuşoğlu ilə görüşə qatılıblar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 17-də Avstraliya NATO  parlamenter (PA) toplantisina qatilmaq üçün gələn NATO PA Türk nümayəndə heyətinin başqanı Turkiyənin keçmiş xarici işler naziri hörmətli Mövlud Çavuşoğlu, Turkiyə müxalifəti nümayəndələrindən sayın Faiq Öztürkün iştirakı, Turkiyənin Avstraliyadakı böyük elçisi  sayın Ufuk Gezer ve baş konsulu sayın Ali Sevimin təşkilatçılığı ilə toplantı keçirildi.

Bu toplantıya Avstraliya Azerbaycan Assosiasiyasıının prezidenti Mikayil bəy Oyta  ve komitə üzvləri Dr. Mehdi Rəsuli ve Elvin Oyta,  həmçenin Güney Azərbaycan Demokratik Türk Birliyinin İnsan ve Qadın Haqları Departmentin sədri Sara Xanım Azarsun da rəsmən dəvət edilmişdilər. Toplantıda Mikayil Oyta ilk olaraq Mövlud Çavuşoğlunu salamlayıb, Xarici İşlər naziri olan dönəmdə işğal altında olan Qarabağ torpaqları uğrunda Azərbaycanın haqlı mübarizəsində verdiyi böyük dəstəyə görə ona minnətdarlığını bildirdi. O bildirdi ki, sayın Mövlud Çavuşoğlunun həm Aropa Şurasında, həm də  xaricdə keçirilən bütün resmi toplantılarda Azərbaycana olan dəstəyini və haq səsimizi dünyaya yetirməkdə etdiyi yardımları 55 Milyonluq azərbaycan xalqı heç zaman unutmayacaq.

Mikayil bəy Oyta həmçinin qeyd etdi ki,  Türkiyə və Türk dövlətləri İran adlanan ölkədə 40 milyon Guney Azerbaycanlını yaddan çıxarmamalıdır.  Güney Azərbaycanin 40 milyon Türk miletinin kültürünü, milli varlıqlarını himayə etməli və bu qəhrəman xalqı dünya miqyasında tanıtmalıyıq. İqtisadi və hərbi cəhətdən Turan birliyi formalaşdıra bildiymiz halda dünyada gedən enerji siyasəti fonunda çoxları bizimlə hesablaşmalı olacaq.

Sayın Mövlud Çavuşoğlu da bu fikirlərə şərik olduğunu bildirərərək, bu yolda fəal siyasi işlərin aparıldığını bəyan etdi. O həmçinin, Guney Azərbaycana, əsasən də Təbrizə getməyi planlaşdırğını və Güney Azərbaycanın milli takımı Tirəxtur komandası ilə yaxından tanış olmaq arzusunu dilə gətirdi.

https://www.youtube.com/shorts/JsWhviCRX88

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …