GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Astraliya-Azərbaycan Assosasiyası və GADTB-nin Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta Avstraliyanın baş naziri Malcolm Turnbullaya məktubla müraciət edərək Avstraliya dövlətindən Xocalı soyqırımını tanımasını istəyib.
Avstraliya Azərbaycan Assosasiyasının sədri sayin Oyta baş nazir Malcolm Turnbullaya göndərdiyi məktubda həmçinin Azərbaycan Respublikasının torpaqlarının 20 faizinin işğalçı Ermənistan tərəfindən işağl edildiyi və Xocalıda dinc azərbaycanlı sakinlərin ermənilər tərəfindən soyqırıma məruz qaldığı qeyd edilib.
Sayın Mikayıl bəy Oytanın Avstraliya baş nazirinə məktubunda Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Dağlıq Qaranağa Azərbaycanın icazəsi olmadan kimsənin səfər etməsinin beynəlxalq hüququn zidd olduğu qeyd edilib.
Məktubda həmçinin qeyd edilir ki, Yeni Şimali Velz vilayətinin naziri erməni əsilli olduğu üçün bir neçə il öncə Azərbaycanın işğal olmuş əraziləri və Dağlıq Qarabağa səfər etmiş və oradan Ermənistana getmişdir. Həmin nazir də qanunsuz olaraq Azərbaycanın işğal olmuş ərazilərinə səfər etdiyi və terroristlərlə görüşdüyü üçün günahlandırılmalıdır.
Göndərilən məktub: