Cümə axşamı , Oktyabr 22 2026
azfa

Sayın Sara xanım Azərsun Sidneydə 30 Avqust –Türkiyənin Zəfər Bayramı tədbirində

GADTB: 30 Avqust – Türkiyənin Vətən müharibəsində işğalçılara qarşı qazandığı möhtəşəm Zəfər Bayramı münasibətilə Avstraliyanın Sidney şəhərində rəsmi tədbir keçirildi.

Tədbirə Avstraliya Azərbaycan Assosiasiyasının vitse-prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri hörmətli Sara xanım Azarsun da  rəsmi dəvətlə qatılmışdır.

Sayın Sara xanım Azarsun tədbirdə 30 Avqust –Türkiyənin Zəfər Bayramı münasibətilə çıxış edib.

Sara xanım çıxışında Türkiyənin işğalçı qüvvələri öz torpaqlarından qovaraq qazandığı tarixi Zəfərin dünyada misli görünmədiyini vurğulamış, bu qələbənin bütün Türk dövlətlərinə və Türk millətlərinə mübarək olduğunu qeyd etmişdir. O, həmçinin bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onların ruhu qarşısında baş əydiyini bildirmişdir.

Azərbaycan və Türkiyə – “Bir millət, iki dövlət” – şüarı ilə hər zaman bir-birinə dəstək olmuş, Azərbaycanın son Vətən müharibəsində Qarabağımızı işğaldan azad etməsi ilə Zəfər bayramlarımızı birgə qeyd etmişik. Türkiyənin qələbəsi bizim qələbəmiz, sevincimiz birdir, kədərimiz birdir.

Ne mutlu Türk’üm diyene!

Bu tədbir Yeni Güney Uelz (NSW) Türk Dərnəyi tərəfindən hörmətli Mehmet Evinin təşkilatçılığı ilə keçirilmiş, həmçinin Türkiyənin NSW baş konsulu və diplomatları da iştirak etmişlər.

Tədbirdə videlar:

https://t.me/GADTB1/44715

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …