Çərşənbə , Oktyabr 28 2026
azfa

Sentkom: Böyük Tunb adasında rejimin sahil müdafiə sistemləri və raket obyektləri hədəfə alınıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı (Sentkom) İran İslam Respublikası rejiminin Böyük Tunb adasında yerləşən hərbi obyektlərinə qarşı 90 dəqiqə davam edən dəqiq zərbələrdən ibarət əməliyyatın başa çatdığını açıqlayıb. Əməliyyat zamanı sahil müdafiə sistemləri, həmçinin qanadlı raketlərin saxlanıldığı və buraxıldığı mərkəzlər hədəfə alınıb. Sentkomun bildirdiyinə görə, bu hücumlar İran İslam Respublikası rejiminin Hörmüz boğazında ticarət gəmiçiliyini təhdid etmək imkanlarını daha da zəiflədib.

Sentkomun “X” sosial şəbəkəsində paylaşdığı rəsmi açıqlamanın mətni:

Sentkom İran İslam Respublikası rejiminə qarşı səhər əməliyyatını həyata keçirib

Tampa, Florida — ABŞ Mərkəzi Komandanlığı (Sentkom) iyulun 15-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 07:30-da İran İslam Respublikası rejiminin hədəflərinə qarşı səhər saatlarında həyata keçirilən hücum dalğasını başa çatdırıb.

Sentkom 90 dəqiqə davam edən bu əməliyyat zamanı Böyük Tunb adasında yerləşən sahil müdafiə sistemlərinə, eləcə də qanadlı raketlərin saxlanıldığı və buraxıldığı obyektlərə qarşı yüksək dəqiqlikli idarəolunan sursatlardan istifadə edib.

Bəyanatda qeyd olunub ki, həyata keçirilən hücumlar İran İslam Respublikası rejiminin Hörmüz boğazında ticarət gəmiçiliyinə qarşı hücum imkanlarını daha da zəiflədib.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …