Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Senzuranın yeni forması; Təbriz kitab sərgisində naşir köşklərinin yığışdırıldı

GADTB: Hər il bu aylarında keçirilən Təbriz Beynəlxalq Kitab Sərgisi bu il nəşriyyatların stendlərini sərgidən yığışdırıblar.

İranın buradakı Mədəniyyət və İslami İrşad İdarəsi yeni məktubla Təbrizin kitab sərgisinin keçirilməsi və satışı ilə bağlı bütün işləri “Xanneyi kitab”a həvalə edib. Yəni nəşriyyatların heç birinə müstəqil stend verilməyəcək.

Bundan başqa, sərgidə iştirak etmək niyyətində olan nəşriyyatlar nəşr etdikləri kitabların 5-ə yaxın nüsxəsini kitab evinə çatdırmalıdırlar ki, bu qurum xüsusi baxış və auditdən sonra sərgidə yalnız uyğun hesab etdiyi kitabı təqdim etsin.

Bu tələbə əsasən satışın ümumi məbləği kitab evinin hesabına yatırılır və sərgi başa çatdıqdan sonra bir ay müddət sonra kitabların dəyəri qırx faiz endirimlə nəşriyyatın hesabına köçürülür.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …