Çərşənbə , Oktyabr 21 2026
azfa

“Sepah” Ermənistana görə Azərbaycanı təhdid etdi: “Ordumuzla cavab verəcəyik”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə,

İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” (Sepah) Ermənistanı müdafiə etməyə davam edir.

“Sepah”ın Kiber Təhlükəsizlik bölməsinin Telegram kanalı Azərbaycanın Yeni Müsavat qəzetinin Ermənistanın tarixi Azərbaycan torpaqlarında qurulması ilə bağlı məqaləsinə reaksiya verib.

“Ermənistan ərazisinə hər hansı bir hərbi təcavüzə İranın silahlı qüvvələri reaksiya verəcək. İran İslam Cümhuriyyəti dəfələrlə bəyan edib ki, qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsinə dözməyəcək”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, İran daim Yaxın Şərqdə apardığı işğalçılıq siyasəti və yəhudilərlə düşmənliyini İslam pərdəsi altında gizlədib “islam həmrəyliyi”, “Fələstin amalı” və digər bu kimi iddialardan dəm vurur. Lakin İranın əsasən təcavüzkar Ermənistan dövlətini dəstəkləməsi onun dini rejiminin əsl mahiyyətini aşkara çıxarır.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …