Cümə axşamı , May 21 2026
azfa

Sepah terror təşkilatının komandanından hədə: “Bu gün iğtişaşların son günüdür; bir daha küçələrə çıxmayın!”

GADTB: General Hüseyn Səlami Şirazdakı Şahçıraq ziyarətgahında törədilən terror aktı nəticəsində həlak olanların dəfn mərasimində deyib: “Aldanmış gənclərimizə deyirik ki, fitnəni bir kənara qoyun, bu gün iğtişaşlara son qoyulan gündür. Bir daha küçəyə gəlməyin! Bu xalqın həyatından nə istəyirsiniz?”.

O, Xomeyninin “Amerika heç bir qələt edə bilməz” deyimini təkrərlayaraq xalqa müraciət edib: “Bu gün Amerika,  sionist rejim və Səudiyyə rejimi Yəməndə müharibədə, İraq, Livan və Suriyada hökumət qurmaqda uğursuzluğa düçar olmaqdan yorulduğu halda sizin bu mənəvi təsirinizi görüb başa düşür ki, İran xalqının qarşısında dayana bilməz.

Bu iğtişaşların nəticəsi düşməni tamaha salmaq idi. Siz ki, azadlıqdan dəm vurursunuz, insanlar ibadət etməkdə azad deyilmi? Azadlıq çılpaqlıq və ilahi dəyərləri və müqəddəsləri tapdalamaqdırmı? Amerikanın İrana vəd etdiyi azadlıq despot rejim dövründə vəd etdiyi bir azadlıqdır.

Gənclərə və aldananlara deyirik ki, bu gün iğtişaşların bitdiyi gündür və bir daha küçələrə çıxmasınlar! Elə bilməyin ki, Bayden, sionist rejim və Səudiyyə rəsmiləri sizə zəng edib küçəyə çağıracaqlar. Amma onlar öz mediaları vasitəsilə sizi məcbur edəcəklər. Bilin ki, bu fitnənin sonu yoxdur və düşmənin hökmranlıq təsirindən çıxın!”.

“Bir daha deyirəm ki, biz bu gənclərlə sizin üstünüzə gəlib qisas alacağıq.

Cənab Bayden, biz sizi İrandan və regiondan qovduq, xəyallarınızı bu torpaqda dəfn edəcəyik. Səudiyyə rəhbəri və onun nəzarəti altında olan mediaya deyirik ki, biz sizin ünvanınıza gələcəyik. Siz ki təhrik edirsiniz və fitnə-fəsad toxumu səpirsiniz, bir anlıq bunun nəticəsini düşünün. Çox da arxayın olmayın! Biz sizin rahatlığınızı pozacağıq”-deyə SEPAH generalı təhdid edib./ Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan Milli Hərəkatının dörd fəalı Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti …