Cümə axşamı , Oktyabr 15 2026
azfa

Skott Ritter: İsrail indi İranı yox, Türkiyəni bir nömrəli təhlükə olaraq görür

GADTB: İsrail indi İranı yox, Türkiyəni bir nömrəli təhlükə olaraq görür. Bu sözləri keçmiş ABŞ kəşfiyyatçısı Skott Ritter deyib.

Ritter bildirib ki, İsrail Türkiyə ilə birbaşa münaqişədən qaçmaq üçün Suriyada bufer zona yaratmaq istəyir:

“İsrail təkcə Dəməşqi bombalamadı. İsrail Suriyada istədiyi yeri bombalamağa davam edir. Suriyanın suveren bir dövlət olması fikri bu mərhələdə gülüncdür.

Bundan əlavə, israillilər Türkiyənin birbaşa sərhədlərində olmasından qorxur. Çünki bu hal İsraillə Türkiyə arasında birbaşa müharibəyə səbəb ola biləcək qüvvələrin toqquşması ehtimalını yaradır ki, İsrail də bunu istəmir”.

İsrail rəsmilərinin təhdidlərində əhəmiyyətli bir dəyişiklik olduğunu iddia edən Ritter əlavə edib ki, siz son zamanlarda yüksək səviyyəli israillilərin İsrail üçün bir nömrəli təhlükənin İran deyil, Türkiyə olduğunu söylədiklərini də eşitmisiniz.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …