Şənbə , Noyabr 14 2026
azfa

Tramp: “İranın nüvə obyektlərini tamamilə məhv etdim”

GADTB: ABŞ prezidenti Donald Tramp Cornerstone Təhsil İnstitutunda çıxışı zamanı İrana qarşı həyata keçirilən son hücuma toxunub. Onun sözlərinə görə, Amerikanın B-2 bombardmançı təyyarələri ilə aparılan əməliyyat nəticəsində İranın zənginləşdirmə obyektləri “tamamilə məhv edilib” və bununla da Tehranın nüvə ambisiyalarına son qoyulub.

Tramp bildirib ki, əməliyyatda iştirak edən pilotlar 37 saatlıq uçuş həyata keçirib, havada yanacaq doldurub və bütün hədəflər dəqiqliklə vurulub. O, hücumu “həqiqətən heyrətamiz” adlandıraraq ABŞ ordusunun gücünü və əməliyyatı icra edən pilotların peşəkarlığını xüsusi vurğulayıb.

Prezident əlavə edib ki, pilotlar bu cür missiyalar üçün 22 il ərzində hər il bir neçə dəfə təlim keçiblər və belə əməliyyata icazə verən yeganə prezidentin Tramp olduğunu söyləyiblər. /Azad İran

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …