Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə yüksəlib. Hadisə Şərqi Azərbaycan vilayətinin Sofiyan bölgəsində qeydə alınıb.

Məlumata görə, ağır yanıq xəsarətləri alan Hadi Novfər adlı işçi də vəfat edib. Bundan əvvəl isə Məhəmmad Rzazadə və Nasir Müslimzadə adlı digər iki fəhlə aldıqları ağır yanıq xəsarətləri səbəbindən həyatlarını itirmişdilər.

Bildirilir ki, hadisə zamanı azı 16 işçi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu, bir neçə nəfərin isə Təbrizdə yerləşən Sina Hospital xəstəxanasında və digər tibb müəssisələrində müalicə aldığı qeyd olunur.

Şərqi Azərbaycan Peşə Təhlükəsizliyi və Gigiyena Assosiasiyasının rəhbərliyi sənaye müəssisələrində təhlükəsizlik standartlarının zəif olduğunu bildirib. Qurum nümayəndələri iş yerlərində təhlükəsizliklə bağlı problemlərin məsul qurumların diqqətinə dəfələrlə çatdırıldığını, lakin oxşar hadisələrin qarşısının alınması üçün yetərli tədbirlərin görülmədiyini vurğulayıblar.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …