Bazar , Oktyabr 18 2026
azfa

Sosial mediada İranın edam etmək istədiyi azərbaycanlı alimə dəstək kampaniyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sosial şəbəkə istifadəçiləri #can-sipəre-can həştəgi ilə azərbaycanlı alim və onun edam edeilməsinə görə aclıq aksiyası keçirənlərə dəstək aksiyasına start verilib.

İran adlanan yerdə və xaricdə yaşayan sosial şəbəkə istifadəçiləri mayın 11-i, axşam saatlarından başlayaraq #can-sipəre-can həştəgi ilə İranın adama məhkum etdiyi azərbaycanlı alim Əhmədrza Cəlali və onun edam hökmünün ləğv olunması tələbi ilə aclıq aksiyası keçirən siyasi məhbuslara dəstək kampaniyası başladıblar.

Qeyd edək ki, mayın 7-də mədəni fəal və siyasi məhbus Fərhad Meysəmi azərbaycanlı alimin edam hökmünün icarsına etiraz olaraq quru aclıq aksiyasına başlayıb. Beynəlxalq ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edən Meysəmi edam hökmünün ləğv edilməsi üçün onlardan İran hakimiyyətinə basqı edilməsini istəyib. Fərhad Meysəminin ardınca isə Kərəc zindanında 15 illik həbs cəzasını çəkən Huşəng Rzai də eyni tələblə aclıq aksiyasına başlayıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …