Şənbə , Sentyabr 5 2026
azfa

Soyqırıma məruz qalan 200 min azərbaycanlını təhqir edən kürd valiyə cavab

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimi tərəfindən Güney Azərbaycanın qərb bölgəsini Kürdüstanlaşdırmaq məqsədi bölgəyə vali təyin edilən Antiazərbaycan kürd vali Şəhriyarinin erməni-aysor və kürdlər tərəfindən 1918-ci ildə Urmiya, Salmas və Xoy bölgələrində soyqırıma məruz qalan 200 min azərbaycanlının ruhunu təhqir etməsi azərbaycanlıların etirazına səbəb olub.

Urmiyada nəşr edilmiş “Nəvid Azərbaycan” qəzetinin baş redaktoru, hüquqşünas İsa Nəzəri Cilovluq faciəsini inkar edən Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Mehdi Şəhriyarini mövzu ilə bağlı müzakirəyə çağırıb:

“Onun Cilovluq faciəsini unutduraraq bölgənin inkişafından bəhs etməsi yanlışdır. Əslində, belə cəfəngiyatlar bir millətin birləşməsi və həmrəy olması üçün lazımdır. Mən sözdə islahatçı, amma əslində terrora zəmin yaradan valini millətlərə qarşı törədilən qətliamların unudulmaması ilə bağlı müzakirəyə dəvət edirəm”.

Qeyd edək ki, Məhəmməd Mehdi Şəhriyari ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Cilvoluq qətliamını inkar edərək, onu “dəyərsiz hadisə” adlandırıb. Onun Cilovluq şəhidlərini təhqir etməsi etiraz doğurub.

Həmçinin yoxlayın

“Balaca Qarabalıq” tamaşası səhnəyə qoyulub

GADTB: Tanınmış azərbaycanlı yazıçı Səməd Behrənginin əsəri əsasında hazırlanan “Balaca Qarabalıq” türk tamaşası Yaqub Sədiq-Cəmalinin …

İran rejiminə məxsus neft tankeri Xark adasında ABŞ-ın raket hücumuna məruz qalıb

GADTB: İran rejiminə məxsus bir neft tankeri Xark adasında ABŞ qüvvələrinin raket hücumuna məruz qalıb. …

Bir cavab yazın