Çərşənbə , Oktyabr 21 2026
azfa

Sulduzda Azərbaycanın 2006-cı il Xordad qiyamı şəhidlərinin anım mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2023-cü il mayın 25-də Azərbaycan Milli Hərəkatının bir qrup fəalı və şəhidlərin ailə üzvləri ilə birlikdə Sulduz şəhidlərinin məzarında Azərbaycanın 2006-cı il Xordad  qiyamının şəhidlərinin anım mərasimi keçirilib.

Mərasimdə Sulduzun tanınmış fəallarından olan mühəndis İbrahim Moini çıxış edib, Sulduzlu fəallarından Əli Dünyadust isə epik şeirlə çıxış edib. Mərasimin sonunda bütün iştirakçılar Azərbaycanın milli marşını oxuyublar.

Qeyd edək ki, irqçi fars-molla rejiminin məmurlarının dinc etirazçılarə atəş açmaları nəticəsində Sulduzda 4 nəfər azərbaycanlı şəhid edilmişdir.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …