Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Sulduzda azərbaycanlı milli fəal İsa Yeganə ETTELAAT idarəsinə aparıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal İsa Yeganə dünən səhər tezdən İranın ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Azərbaycanlı fəal ETTELAAT idarəsinin yerli bölməsinə aparılaraq bir neçə saat sorğu-suala tutulduqdan sonra müvəqqəti sərbəst buraxılıb.

İsa Yeganənin Sulduzun Saxsıtəpə kəndində kürd terrorçuları və azərbaycanlı türk fəallar arasında baş verən qarşıdurma ilə bağlı dindirildiyi ehtimal edilir.

Qeyd edək ki, İsa Yeganə nəşrinə qadağa qoyulmuş “Peyame Sulduz” nəşrinin məsuludur. O, “Qarapapaq elinin tarix və mədəniyyətinə bir baxış”, “Nəqədə müharibəsi”, “Nəqədənin turistik bələdçi kitabı” və birinci dünya müharibəsi dövründə Sulduzun durumundan bəhs edən “Dümanlı günlər” kitablarının yazarıdır.

İ.Yeganə həmçinin “Azərbaycanın qısa tarixi” kitabının tərcüməçisidir. O mədəni fəaliyyətlərinə görə, dəfələrlə irqçi fars rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq, təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …