GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Sulduz şəhərində azərbaycanlı milli-mədəni fəallar və bir qrup sulduzlu tərəfindən 25 may 2006-cı ildə dinc etirazlarda İran məmurları tərəfindən öldürülən Azərbaycan şəhidlərinin məzarları ziyarət edilərək, onların xatirəsi anılıb.
Hər il azərbaycanlı milli fəallar may ayının 25-də Sulduz şəhərinin məzarlığında Azərbaycanın milli qiyamının şəhidlərinin xatirəsini anırlar.
İrqçi və cinayətkar İran rejimi 2006-cı ilin may ayında Azərbaycan şəhərləri və qəsəbələrində keçirilən kütləvi qiyamı xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyavda vəhşicəsinə yatıraraq çox sayda azərbaycanlını şəhid edib və ya yaralamışdır.
Təkcə Sulduz şəhərində mayın 25-də İranın cinayətkar qüvvələri küçəyə çıxan etirazçılara atəş açması nəticəsində bir çox etirazçı yaralanıb, azı dörd azərbaycanlı, o cümlədən 16 yaşlı Hüseyn Fəthipur, 26 yaşlı Tövhid Azəriyyun, 35 yaşlı Himmət İsimzadə və 39 yaşlı Əsgər Qasımi şəhid edilmişdir.
Qeyd edək ki, 2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində azərbaycanlıları “hamam böcəyi” adlandıraraq təhqir edilmişdir. Nəticədə Azərbaycan Türk Milləti haqlı olaraq küçələrə axışıb və qiyama başladılar.