GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Süngün Misi Futsal Komandası Əhvaz şəhərində sentyabrın 30-da “Həffari” komandasına qalib gəlib.
Güney Azərbaycanın Süngün Misi Futsal komandası 5-1 hesabı ilə qalib gəlib.
Keçirilmiş oyun Süngün Misi Futsal komandasının təxirə düşmüş 3 oyunundan biri idi. Süngün Misi Futsal komandası Asiya qitəsində keçirilən futsal müsabiqələrində İranı təmsil edib. Lakin müsabiqələrin ilkin mərhələsində məğlubiyyətə uğrayaraq erkən qayıtmaq məcburiyyətində qalıb.
Bu müddətdə komandanın 3 oyunu təxirə düşüb. Müsabiqələrdən sonra komandanın baş məşqçisi dəyişdirilib və komanda təxirə düşən oyunlarının birincisini qalibiyyətlə başlayıb.