Cümə axşamı , Fevral 12 2026
azfa

Suriyada PKK və terrorçi kürdlərlə bağlı qərar verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Rusiya Fəratın şərqində keçiriləcək əməliyyatla bağlı razılığa gəlib. Türkiyə mətbuatı bu barədə ötən həftə Rusiyada aparılan danışıqlar zamanı qərar qəbul edildiyini yazıb.

Məlumata görə, Moskva şəhərində keçirilən görüşdə Rusiya tərəfi Ankaranın narahatlığını anladığını və Əsəd rejimi qüvvələrinə bölgəyə girməməsi ilə bağlı xəbərdarlıq etdiyini bildirib.

Digər tərəfdən isə ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması ilə bağlı qərarını növbəti dəfə şərh edərkən bildirib ki, Ərəb Respublikasından çəkilsələr də, kürd birləşmələrinə dəstəyi davam etdirmək istəyirlər.

Bununla belə Tramp Suriyadakı kürdlərin İrana qarşı sanksiyaları pozmasından məmnun olmadığını bəyan edib.

“Müəyyən bir müddət ərzində Suriyadan çəkiləcəyik. Suriyadan çəkilsək belə kürdləri qorumağa davam etmək istəyirik. Türklər onları sevmir, amma başqaları sevir. Kürdlərin əllərində olan az həcmdə nefti İrana satmaları xoşuma gəlmədi. Onlardan bunu etməmələrini istədik. Amma tərəfdaşımız olan kürdlər İrana neft satır. Bundan məmnun deyilik. Bundan heç xoşum gəlmir. Eyni zamanda, biz onlarla birlikdə olanda yaxşı döyüşürlər. Bilirsiniz ki, kürdlərə 30 “F-18” göndərəndən sonra əvvəlkindən daha yaxşı döyüşməyə başladılar və nə olduğunu gördük. Yenə də kürdləri qorumaq istəyirik, amma sonsuzadək Suriyada qalmaq istəmirəm. Ora qum və ölümdür” – Tramp bildirib.

 

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın