GADTB: Azərbaycan mədəniyyəti və nüfuzu öz sərhədlərini aşaraq hüdudlarından kənara yayılmışdı. Mərkəzi Hindistanda Azərbaycandan gələn mühacirlərin yaratdığı sultanlıqların tarixi XVI əsrdən başlayır. Hamısı Qaraqoyunlulara yaxin olan Baharlı tayfasının bir hissəsinin Uzun Həsənin qələbəsindən sonra Hindistana getməsi və Mərkəzi Hindistanda İslam sultanlıqlarından biri olan – Golkonda sultanlığını və ya Qütbşah dövlətinin yaratması ilə başladı. Bicapur kimi digər sultanlıqlar, şiə məzhəbinə aid olduqlari üçün Səfəvi imperiyasıni öz himayədarı qismində görürdülər.
Bu, hind tarixçisi Sanjay Subrahmanyama və Çikaqo Universitetinin Cənubi Asiyanın Dillər və Mədəniyyətlər kafedrasının professoru Müzəffər Alamın «Writing the Mughal World: Studies on Culture and Politics» adlı ortaq bir kitabında bu cür qeyd edilir:
“Digər tərəfdən [Bicapur Sultanlığının hökmdarlarının] Moğollarla münasibətləri tamamilə fərqli idi. 1580-ci illər üçün Moğolların tələbi, bütün Dekkani tabeliyi altına düşmələri idi, nə Bicapur hökmdarları, nə də Qolkondanin hökmdarları bu iddiaları dəstəkləyə bilməzdilər.
Titullarında, sikkələrin vurulmasında və s., 1630-cu illərə qədər bu hökmdarlar özlərini Moğollardan müstəqil hesab edirdilər. Bundan əlavə, 16-cı əsrin əvvəllərindən etibarən [sultanlıqların] Səfəvilərlə əlaqələri var idi, və həm Bicapur, həm də Qolkonda Səfəvilərin vaxtaşırı öz üzərində “ritual hakimliyini” tanıyirdilar, məsələn, cümə günü paytaxtlarında İran hökmdarlarının [Səfəvi imperiyasının] adından tez-tez xütbə oxunurdu. XVI əsrin son rübündə İran mühacirlərinin Dekkana axını və bu miqrantların həm Bicapurda, həm də Qolkondada elitanın böyük bir hissəsini təşkil etməsi bu əlaqələrin güclənməsinə kömək edirdi.”
İran hökmdarı [Səfəvilər İmperiyası] ilə yazışmalarda Bijapur hökmdarı 1613-cü ildə bu cür yazirdi:
“Bu məktub sədaqətli qulunuz olan İbrahimdən, əzəmətli imperator I Şah Abbasadir. Atalarım həmişə Əlahəzrət əcdadlarının sevgisinə və dostluğuna böyük ümidlər bəsləyir və onlara güvənirdilər. Mən isə öz növbəmdə bu əlaqələri canlandırmaq və gücləndirməkdən daha yaxşi heç nə edə bilmərəm. Dekkan torpaqları İraq, Fars, Xorasan və Azərbaycan əyalətləri kimi Səfəvi imperiyasının bir hissəsidir. Buna görə Səfəvi hökmdarlarının adları [Cümə] xütbələrdə oxunur və gələcəkdə də oxunmağa davam edəcəkdir. Atalarımız bu torpaqları idarə etmək və Əlahəzrət əcdadları tərəfindən qorumaq üçün təyin edilmişdir. Beləliklə, bizim vəzifəmiz Əlahəzrət adından bu ölkələri idarə etmək və onları xarici təcavüzdən qorumaqdır.
Bu məktubların əsas məqsədi, Moğol hakiminin etinasız olaraq adlandırdığı, “Aqra və Dehli hökmdarı” barədə şikayəti idi. Düşündüklərinə görə, yani Səfəvilərin Moğollara qərbdən (Qəndəhar bölgəsində), cənubdakı hücumdan yayındırmaq üçün hücum etməsi çox ciddi qəbul edilməməlidir. Ancaq Bicapur Sultanının Qolkondadakı həmkarı kimi, Moğol fövqəldövlətinə qarşı bir təhdid ilə tarazlaşdıracağına ümid etdikləri aydındır. Bu, Səfəvilərin Dekkan sultanlıqları tərəfindən necə qəbul edildiklərini anlamağın açarıdır. Əlbəttə, Çaul və Dabhol ilə Fars limanları arasındakı məsafəni əhatə edə biləcək bir hərbi ittifaqın mümkün olmadığı aydın idi, ancaq Dekkanın şiə sultanlarını İranla (Səfəvilər İmperiyası) əlaqələndirən digər həqiqi və simvolik yaxınlıq, şimaldan daim onlara təhdid edən sünni Moğollardan daha çox idi.”
Bu maraqli faktla əlaqədar olaraq bir şeyi demək olar. Dekkan sultanlıqları müsəlman olan güclü Moğollarla həmsərhəd olsalar da, özlərini mədəniyyət və dildə yaxın olan Səfəvilərlə eyniləşdirirdilər. Yalnız dini və etnik yaxınlığın və bağlılığın mövcudluğu, bu sultanlıqların Səfəvilərlə yaxınlaşma istəyini və özlərini bu imperiyanın bir hissəsi hesab etmə dərəcəsində əsaslandırıla bilər.
(M. Alam, S. Subrahamanyam, » Writing the Mughal World: Studies on Culture and Politics»)
1947-ci ildə Mərkəzi Hindistanın şiə intellektual elitasının bir çox üzvü Pakistana köç etdi.
vk com/azerbaycanturku