Təcavüzkar Rusiya ordusu Ukraynanın Trosyanets şəhərini işğal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın Trosyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib. Bu barədə Sum vilayəti dövlət administrasiyasının rəhbəri Dmitri Jivitski Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, rusiyalı hərbçilər təcili yardım stansiyasına nəzarət edir və uşaqlar üçün təcili hallar istisna olmaqla, həkimləri gələn çağırışlara getməyə icazə vermirlər.

Yeni qaydalara əməl etməyən tibbi işçilərini güllələyəcəkləri ilə hədələyiblər.

Kiyev ətrafında isə rus silahlı qüvvələri səhvən bir-biri ilə döyüşə girib.

Ukrayna hərbçilərinin sözlərinə görə, Severinivka yaxınlığında baş verən hadisə ilə bağlı məlumatı onlara  yerli sakinlər verib.

Məlumata görə, səhvən bir-birinə qarşı döyüşən rus ordusunun 9 tankı və 4 zirehli transportyoru sıradan çıxıb. Ukrayna ordusunun məlumatına görə, bu hadisə onlara 13 “FGM-148 Javelin” tank əleyhinə raketə qənaət etməyə imkan verib.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …