Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Təbiətin bərpa etdiyi Urmiya gölünü yenə rejim qurudur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, təbiətin keçən aprel və may aylarında güclü yağıntı və daşqınlar nəticəsində Urmiya gölünü bərpa etsə də, artıq rejim yenə gölə tökülən çayların qarşısını almaqla gölü qurudur.

Əlaqədar dövlət qurumları gölün səviyyəsinin yay mövsümündə azalmasını normal və təbii hal kimi dəyələndirsələr də, bu, ətraf mühit fəallarının narahatlığını azaltmır.

Şərqi Azərbaycan vilayəti regional su şirkətinin eksperti Əqil Əqdəsi su səviyyəsinin oktyabr ayına qədər azalmağa davam edəcəyini bildirib.

İRNA agentliyinə danışan ekspert deyib ki, Urmiya gölünün səviyyəsinin azalma sürəti havanın hərarəti və yağıntı miqdarına görə dəyişə bilər.

Qeyd edək ki, Həsən Ruhani keçən aprel ayında Urmiya gölünün səviyyəsinin yüksəlməsini hökümətinin uğuru olduğunu iddia etmişdi. Türk fəallar və ətraf mühit müdafiəçilərindən əlavə, bəzi siyasətçilər də Ruhaninin iddialarının doğru olmadığını önə çəkiblər.

Ətraf mühit fəalları deyirlər ki, Urmiya gölündə su səviyyəsinin yağıntı mövsümündə yüksəlməsi dövlətin uğuru kimi açıqlandığı halda, suyun səviyyəsinin yay mövsümündə azalması təbii amillərlə əlaqələndirilir.

Ekspertlər Urmiya gölü ətrafında mövcud ekoloji fəlakətin Təbriz və Urmiya kimi şəhərlərdə havanın çirklənməsinin təhlükəli səviyyəyə çatmasına böyük təsir göstərdiyi bildirirlər.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın