Şənbə , Aprel 26 2025
azfa

Təbriz Azad Universitetində “Uşaq evliliyi” barədə sərgi türk dilindən posterə görə ləğv edilib

GADTB: Təbriz Azad Universitetində “Uşaq evliliyi” mövzusunda keçirilən foto sərgi Tələbə Təşkilatlarının Müşahidə Şurasının sərginin posterindəki şəkilə qarşı çıxması, eləcə də posterin mətnində Azərbaycan türkcəsindən sözlərin yazılması səbəbindən ləğv edilib.

Xəbəri Təbriz İslami Azad Universitetinin Müstəqil Tələbələr İslam Cəmiyyəti öz sosial media hesabında yayıb.

Tələbə təşkilatından verilən məlumata görə, fevralın 22-i və 23-ü Təbriz Azad Universitetində keçirilməsi planlaşdırılan sərgi cəmiyyətin sosial və humanitar problemlərindən biri haqqında maarifləndirmək məqsədi ilə hazırlanmışdı. Lakin sərginin posterindəki şəkilə görə müşahidə şurasının etirazı, mətnində Azərbaycan türkcəsindən istifadə olunması proqramın ləğvinə səbəb olub.

Təşkilat yaydığı bəyanatında bu məhdudiyyətləri tənqid edərək, belə tədbirlərin həssas sosial məsələlərin həlli imkanlarını aradan qaldırdığını və universitetlərdə tələbə fəaliyyətinə maneə yaratdığını vurğulayıb.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib

GADTB: İranın dövlət televiziyası Omanda keçirilən danışıqların üçüncü raundunun başa çatdığını bildirib. İranın nüvə proqramı …

İsveç molla rejimindən azərbaycanlı alimi azad etməsini istəyir

GADTB: İsveç molla rejimindən azərbaycanlı alimi azad etməsini istəyir. İsveç hökuməti rəsmi bəyanat yayaraq, 2016-cı …