GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 21 Azərlə bağlı, eləcə də molla rejiminin edamlara başlamasına etiraz olaraq Təbrizin Tibb Elmləri Universitetinin öyrənciləri səssiz etiraz aksiyası və yürüş keçiriblər.
Dekabrın 13-ü günortadan sonra Universitet həyətində baş tutan səssiz aksiyada azərbaycanlı öyrəncilər İranın dinc etirazçılara qarşı qətliam və edamlara etiraz ediblər.
Azərbaycanlı öyrəncilər “Biz yarandıq külümüzdən, meşə yaranacaq bizdən”, “Edama yox”, “21 Azər Azərbaycan xalqının Pəhləvi rejimi tərəfindən qətliam günüdür” və başqa şüarlar yazılmış plakatlar qaldırıblar.