Təbriz Ticarət Palatasında Azərbaycan Ticarət Masası yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Ticarət Palatasında dövlət və özəl sektor təmsilçilərinin iştirakı ilə Azərbaycan Respublikası üzrə Ticarət Masası yaradılıb.

Bunda Məqsəd isə Azərbaycan Respublikası ilə ticarət sahəsində problemləri öyrənmək  və mübadilələrin artırılması olduğu bildirilib.

Qeyd edək ki, ticarət masası anlayışı bir ölkənin tacirlərinin ticarət tərəfi olan ölkə barədə dəyirmi masa keçirməklə probleləri müzakirə edib çıxış yolu tapmaq anlamındadır.

Təbrizin Ticarət Palatasının beynəlxalq əlaqələr müdiri Şahbazi qeyd edib ki, bundan əvvəl Rusiya Federasiyası, Qazaxıstan və Gürcüstan üzrə  ticarət masası yaradılmışdı.

Şahbazı bununla bağlı deyib: “Azərbaycan Respublikası üzrə Ticarət Masası sayca 4-cü olaraq yaradılmasında məqsəd bu ölkə ilə ticarət problemlərini öyrənib qaldırmaqdır. Azərbaycan masasına üzv tacirlər bu barədə təkliflərini yazılı olaraq katibliyə elan edə bilərlər.”

Palatanın İxrac və İdxalatın İdarəçiliyi Komissiyasının sədri Seyid Hüseyn Yusifi Azərbaycan Respublikası ilə ticarət üzrə önəmli bir problemə toxunub. O deyib:  “Azərbaycan Respublikası ilə ticarət üzrə məsələlərdən biri Astara Gömrüyündə mövcud problemlərdir. Xudafərin sərhəddində gömrük məntəqəsi yaradılıb açılarsa əyalətlə (Şərqi Azərbaycan) Azəerbaycan Respublikası arasında ticarət mübadilələri sürətlənər və asanlaşar.”

Vurğulayaq ki, Astara Gömrüyü inzibati ərazi baxımdan Gilan Əyalətində, Xudafərin isə Güney Azərbaycanın Şərqi Azərbaycan Əyalətində yerləşir.

Qeyd edək ki, Güney Azərbaycanın tarixi əraziləri olan və vaxtı ilə Ərdəbil Əyalətinin inzibati ərazisi sayılan Astara bölgəsi İran rejimi tərəfindən Gilan vilayətinə ilhaq edilib. Nəticədə Astara gömrüyündən hər gün milyonlar dollar gömrük qazancı Ərdəbilə yox Gilan Əyalətinə axır.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …