Şənbə , Oktyabr 17 2026
azfa

Təbrizdə 1 Xordad qiyamı ilə bağlı geniş şəkildə posterlər yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində 1 Xordad qiyamı ilə bağlı geniş şəkildə posterlər yayıldı.

Azərbaycanlı fəallar mayın 16-dan 17-ə keçə gecə Təbrizin bir neçə məhəlləsində yazılı vərəqələr və bəyanat yayıblar.

Azərbaycanlı milli fəallar yaydıqları çağırışlarda əhalini 22 may (1 xordad) qiyamının ildönümündə iştirak etməyə çağırıblar.

Bəyanatda molla rejiminin rejiminin azərbaycanlılara qarşı bütün sahələrdə ayrı-seçkilik etdiyi, Güney Azərbaycanı müstəmləkə vəziyyətinə saldığı, qadınlara qarşı ikiqat zülmə məruz etdiyi və s. vurğulanıb.

Bəyanatı hazırlayana azərbaycanlı fəallar qadınları, müəllimləri, öyrənci və ümumiyyətlə bütün təbəqələrdən olan insanları 22 may qiyamının 17-ci ildönümü ilə bağlı keçiriləcək aksiyalarda fəal iştirak etməyə dəvət ediblər.

Həmçinin yoxlayın

Əhərin Zəglik kəndində 800 illik çinar ağacı tualet tikintisi bəhanəsi ilə kəsilib!

GADTB: Əhərin Zəglik kəndində yerləşən, yaşı 800 ildən çox olan və milli səviyyədə qeydə alınmış …

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …