GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hərəkatının bir qrup fəalı “BİRLƏŞƏK” adlı aksiya keçiriblər.
Azərbaycanlı milli fəallar etiraz tədbirləri çərçivəsində çox sayda posterlər çap edərək şəhərin bir çox yerlərinə yapışdırıblar.
Yapışdırılan “Birləşək” başlıqlı posterlərdə aşağıdakı şeir öz əksini tapıb:
“Ağalar bilmədi, birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır”.