Şənbə , Sentyabr 26 2026
azfa

Təbrizdə aksiya: “Urmiya gölünün məhv edilməsi Azərbaycan millətinin məhv edilməsi deməkdir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına qarşı aksiya keçiriblər.

26 noyabr səhər saatlarında Təbriz azərbaycanlı mədəni və ətraf mühit fəalları şəhərin müxtəlif küçələrində plakardlar açıb, posterlər yapışdırmaqla Urmiya gölünün qurudulmasına, gölün bərpası ilə bağlı vədlərin yerinə yetirilməməsinə öz etirazlarını bildiriblər.

Müxtəlif yerlərə yapışdırılan posterlərdə türk və fars dillərində “Urmiya gölünün məhv edilməsi Azərbaycan millətinin məhv edilməsi deməkdir”  şüarı yazılıb. Həmçinin posterlərdə “Urmiya gölünü bizə qaytarın”, “Urmiya gölünü qurtarın”, “Yaşasın Urmiya gölü” və başqa şuarlar yazılmışdır.

Bu aksiya ilə azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına etirazlarını bildirib və gölün bərpa edilməsini istəyiblər.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …