Cümə , Dekabr 27 2024
azfa

Təbrizdə etiraz vərəqələri: “Azərbaycanın sərvətlərinin talanmasına son qoyun”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində iyunun 14-də azərbaycanlı milli fəallar İran rejiminin Güney Azərbaycana qarşı talançılıaq siyasətinə etiraz ediblər.

Azərbaycanlı fəallar Təbriz şəhərində bu məqsədlə yazılı vərəqələr yayaraq Azərbaycan sərvətlərinin İran rejimi tərəfindən talanmasına son qoyulmasını tələb ediblər.

Geniş şəkildə yayılan vərəqələrdə Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədinin “Gündə Süngün mis mədənindən 50 milyard tümən dəyərində xam mal Kirmana daşınır. Bu sərvət əyalətdə qalsa bura cənnətə çevrilər” sözü öz əksini tapıb.

Vərəqələrdə keçmiş valinin sözünün ardınca yazılıb: “Bu söz Azərbaycan sərvətlərinin talanmasına bariz bir nümunədir. Talanan və aradan aparılan yalnız dil və mədəniyyətimiz deyil.

Bu haqq sözləri dilə gətirən bir çox mədəni fəallarımız bu gün zindanlardadırlar. Onları müdafiə etmək hamımızın borcudur”.

“Yatan millət çəkər zillət- Azərbaycan Milli Hərəkatı”

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …