GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində işğalçı fars rejiminin müstəmləkə və ayrı-seçkilik siyasətinə etiraz olaraq, əskinaslar milli şüarlarla möhürləndi.
Azərbaycanlı milli-mədəni fəallar çoxsaylı əskinasların üzərində milli şüarları əks etdirən möhürlər vurmaqla irqçi və işğalçı fars rejiminə öz etirazlarını bildirdilər.
Məlumata görə, dünən avqust ayının 13-də azərbaycanlı milli-mədəni fəallar əskinaslar və səfər çeklərinin üzərinə “Yaşasın Azərbaycan” şüarı möhürünü vurmuşlar. Bütün Güney Azərbaycanda geniş şəkildə yayılan bu əskinaslar, irqçi fars rejiminə mədəni etiraz kimi dəyərləndirilir.