Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizdə həbs edilən azərbaycanlı fəal Yunus Məramidən 5 aydır xəbər yoxdur

GADTB: Təbrizdə yaşayan azərbaycanlı fəal, Elektrik İdarəsinin keçmiş əməkdaşı Yunus Mərəminin həbsindən 5 aydan çox vaxt keçir və onun həbsinin səbəbi və harada saxlandığı barədə rəsmi məlumat verilmir.

Yunus Mərəmi Təbrizdə baş verən həbslər dalğası zamanı molla rejimin qüvvələri tərəfindən həbs edilərək naməlum yerə köçürülüb.

Ailəyə yaxın mənbələrdən verilən məlumata görə, həbs məhkəmə qərarı olmadan həyata keçirilib və bu müddət ərzində ailəsi onun hüquqi vəziyyəti və səhhəti ilə bağlı heç bir məlumat ala bilməyib.

Bütün bu müddət ərzində heç bir məhkəmə və ya təhlükəsizlik qurumu həbsə görə məsuliyyəti üzərinə götürməyib və ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …