Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Təbrizdə “Mətbuat muzeyi”nin açılmaması tələbilə etiraz məktubu yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yüzlərlə Təbriz sakini “Jurnalistlər Günü” münasibəti ilə “Mətbuat muzeyi”nin yaranmasında səhlənkarlığa etiraz olaraq məktubla aidiyyəti orqanlara müraciət etmişlər.

Muzeyin açılması ilə bağlı müqavilənin imza olunması tarixindən 10 il keçməsinə rəğmən “Həriri” evinin təmir işlərinin əsas hissəsi başa çatsa da, vilayət üzrə Mədəni İrs Təşkilatı müqavilənin icrası ilə bağlı heç bir ciddi addım atmayıb.

Bununla bağlı yazılmış etiraz məktubunda yazılıb: “Avqustun əvvəlləri Məşrutə inqilabını bizə xatırladır və «Jurnalistlər günü»dür. Təbriz Məşrutənin beşiyi olaraq mətbuatın ictimaiyyət içərisində nə dərəcədə təsirli olduğunu yaxşı bilir. «Mətbuat» yazılan hər bir sözün, çəkilən hər şəkilin arxasında dayanmaq deməkdir. Təbrizin mədəni fəalları və jurnalistləri birmənalı olaraq var gücü ilə ölkə mirasının keşiyində durub, birinci qəzetin beşiyi olan bu şəhərdə bu sahədə öz mənəvi sərvətini nümayiş etmək üçün müəyyən yerə malik olmalıdır. Bu baş verərsə daha aydın səhərlərə göz aça bilərik. Bununla bağlı müqavilənin imzalanmasından və lazımi materialların xeyirxah insanların dəstəyi ilə toplanmasından 10 il sonra Jurnalistlər günündə Azərbaycan mətbuatının bir muzeyə sahib olması röyasının həqiqətə qovuşması vaxtı artıq gəlib çatıb”.

Qeyd edək ki, iki il bundan əvvəl jurnalistlər günündə vaxtı ilə vilayətin valisi olan Cəbbarzadə bu məsələ ilə bağlı məktub imzalayaraq həmin ilin sentyabrında açılmasına söz vermişdi. Budan sonra vali həmin muzeyin qısa zamanda açılacağını vurğulayıb. Lakin muzey hələ də açılmayıb.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın