Bazar , Oktyabr 25 2026
azfa

Mühacir kürd yerli azərbaycanlı bələdiyyə başçısına öz şəhərində öz dilində danışmasına etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Şəhər Şurasına seçilmiş mühacir kürd Urmiyanın yerli azərbaycanlı bələdiyyə başçısına öz şəhərində öz dilində danışmasına etiraz edib.

Hadisə avqustun 11-də Urmiya Bələdiyyə İdarəsinin “Jurnalistlər Günü” ilə bağlı keçirdiyi tədbirdə baş verib.

Keçirilən tədbirdə bələdiyyə başçısı Məhəmməd Həzrətpur və Şəhər Şurasının rəisi İmamzadə Əlizadə məruzə ilə çıxış ediblər. Onlar Urmiyada yerli əhalinin dili olan Azərbaycan türkcəsində çıxış ediblər. Bu isə dünən şəhərə köçüb bu gün ev sahibinin evinə göz tikən nakor kürdün etirazına səbəb olub. Terrorçu kürdlərin himayədarı olan Məhəmməd Xalid Hatəmi utanmadan bələdiyyə başçısına öz doğma şəhərində əhalisinin dilində danışmasına etiraz edib və deyib ki, mühacir kürdlərə görə farsca danışsın.

Məhəmməd Həzrətpur isə haqlı olaraq, Urmiya Şəhər Şurasının üzvünün farsca çıxış etmə istəmə rəğmən, çıxışını Azərbaycan türkcəsində davam etdirib.

Mühacir kürd Məhəmməd Xalid Hatəmi isə buna etiraz əlaməti olaraq iclası əvvəlcə tərk edib, daha sonra yenidən qayıdan Şura üzvü iclasda bir neçə dəqiqə gərginlik yaradıb.

Mühacir və terrorçu kürdləri yerli türklərə qarşı təhrik edən Məhəmməd Xalid Hatəminin bu haqsız tələbinə cavab plaraq Həzrətpur deyib ki, “farsca çıxış etmək, bütün cümlələri bu dilə tərcümə etmək mənim üçün çətindir”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın