Cümə , İyun 28 2024
azfa

Təbrizdə milli fəallar prezident seçkilərini baykot etdi; Azərbaycan milləti qeyri-legitim hökumətlərin aləti olmayıb və olmayacaq

GADTB: Azərbaycan Milli Hərəkatının Təbriz şəhərindəki fəalları dünən İran adlanan yerdə prezidentliyə namizədlərin seçki kampaniyalarının başlaması ilə eyni vaxtda divarlara minlərlə vərəqə yapışdırıb və bildirdilər ki, Azərbaycan milləti heç bir diktatorun bayrağı altında olmayıb və rejimin əlaltısına da çevrilməyəcək.

Bundan əvvəl isə Urmiya şəhərinin fəalları da seçkilərdə iştirak etməyəcəklərini bildirən vərəqələr yaymışdılar.

Yayılan bəyannamənin mətninin bir hissəsində deyilir: Biz bilirik ki, sağlam, şəffaf və rəqabətli seçkilər vasitəsilə siyasi iştirak demokratik sistemlərin mühüm vasitələrindən biridir, lakin onun yanında hüquqlar, fikir və ifadə azadlığı, həmçinin partiya və təşkilatların azadlığı, azad və dinc toplantılar, media və mətbuat azadlığı, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyi və s. olmalıdır.

Bu arada qeyri-demokratik ölkələr, diktator və totalitar sistemlər də legitimlik qazanmaq və insanların öz hökumətlərinə dəstəyini göstərmək üçün məhdud və nəzarətli seçkilər keçirirlər. Bundan əlavə, çoxmillətli ölkə olan qeyri-demokratik və mərkəzçi İran ölkəsində Azərbaycan türkləri də daxil olmaqla, fars olmayan millətlərin və etniklərin hüquqları nə tanınır, nə də onlara hörmət edilir. Bu sistem öz mədəni və siyasi infrastrukturunu fars dili və mədəniyyəti üzərində qurur və dövlət siyasəti ilə digər dil və mədəniyyətlərin, türk bölgələrinin və digər ətraf bölgələrin iqtisadiyyatının aradan qaldırılması və məhv edilməsini sistemli şəkildə həyata keçirir. Ona görə də İranda şou seçkiləri Azərbaycan türklərinə qarşı təzyiq və ayrı-seçkilik prosesini dəyişməyəcək və ayrı-seçkiliyə məruz qalan cəmiyyətimiz üçün heç bir nəticə və nailiyyət gətirməyəcək…

Həmçinin yoxlayın

Fərzanə Qarahəsənli əməliyyatdan sonra ağır vəziyyətdə yenidən zindana aparılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın K\ərəc sakini olan siyasi məhbus Fərzanə …

Sayın Mikayil bəy Oytanın İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması zərurəti barədə Penni Vonqa məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …